Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.
Bu barədə “QİA.az”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.