Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.
Bu barədə Ceyhun Bayramov tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”.