“ABŞ Ermənistanın Rusiya ilə ənənəvi sıx münasibətlərdən əl çəkməsi üçün şərait yaratmağa çalışır”.
QİA.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.
Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı çıxış edən diplomat bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün atdığı “cəsur addımları” alqışlayır.
O`Brayenin sözlərinə görə, müharibədəki məğlubiyyət Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsində Rusiyadan uzaqlaşmaq istəyi yaradıb və ABŞ hazırda bunun baş verməsi üçün şərait yaradır.