Generativ süni intellekt (AI) modelləri iş yerlərində gündən-günə daha çox yayılır. 2024-cü ildə aparılan araşdırmaya görə, “ChatGPT” və “Google Gemini” chatbot tətbiqləri ən populyar hala gəlir.
QİA.az xarici mediaya istinadla xəbər verir ki, süni intellektdən istifadə işdə və ya asudə vaxtda sadə tapşırıqları yerinə yetirməkdən tutmuş əyləncə üçün məzmun yaratmağa qədər müasir dünyada daha geniş yayılır. Belə ki, flexos.work saytındakı “İş alətləri üçün ən yaxşı 100 generativ süni intellekt” siyahısına əsasən, chatbot iş yerlərində ən çox istifadə edilən tətbiqə çevrildiyi üçün ABŞ-da yerləşən “OpenAI”nin “ChatGPT” süni intellekt firması əsas məhsula çevrilib.
“ChatGPT” firmasından sonra “Google” şirkətinin əvvəllər “Bard” kimi tanınan “Gemini” tətbiqi ikinci yerdə, onlayn qrafik dizayn platforması üçün generativ alət olan “Canva AI Suite” isə üçüncü yerdə qərarlaşıb.
Siyahıda dördüncü yeri AI yazı yoldaşı “Quillbot”, işdə ən çox istifadə edilən süni intellekt alətləri üzrə beşinci yeri isə tədqiqat chatbotu “Perplexity AI” tutub.
Süni intellektlə işləyən kod tamamlama vasitəsi olan “GitHub Copilot” altıncı yerdədir. Onun ardından təsvir yaratma aləti “Leonardo AI”, yazı yoldaşı “Grammarly AI” və generativ süni intellekt aləti “Midjourney” gəlir.
Siyahıda ən çox istifadə edilən alətlərin 70 faiz payla GPT kimi tanınan generativ, əvvəlcədən öyrədilmiş transformatorlar olduğu ortaya çıxıb. Hazırda “ChatGPT” 180 milyon istifadəçiyə malikdir.
AI tendensiyaları ilə bağlı təhlil edilmiş məlumatları izləyən və nümayiş etdirən “Exploding Topics” veb-saytının məlumatına görə, təxminən 180 milyon insan “ChatGPT”də qeydiyyatdan keçmiş üzvdür, onların 12 faizi ABŞ-dandır, 600 milyon ziyarətçi isə platformadan aylıq istifadə edir.
Süni intellekt bazarı indiyədək 196 milyard dollar dəyərə çatıb və növbəti yeddi il ərzində onun on dəfə artacağı təxmin edilir.
“Explodingtopics.com”a görə, internet saytı tərəfindən sorğu edilən bütün firmaların 83 faizini təşkil edən çoxlu sayda şirkət süni intellekti biznes planlarında əsas prioritetə çevirib.