Çilidə 5,7 bal gücündə zəlzələ baş verib

Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Çilinin La Serena şəhərindən 40 km şimalda, Kokimbo vilayətində yerləşib. Zəlzələnin ocağı 53,3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Oxşar Xəbərlər