Çinə məxsus cihaz Marsda tədqiqatlara başlayıb

Çinə məxsus “Juronq” (Zhurong) təkərli cihazı Marsda eniş kürsüsünü tərk edərək tədqiqatlara başlayıb.

QİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Milli Fəza Administrasiyası (CNSA) bildirib.

Qeyd edək ki, “Tianwen 1” (səmavi suallar) araşdırma missiyası çərçivəsində qonşu planetə göndərilən “Zhurong” cihazı mayın 14-də mənzil başına çatdırılıb. Bununla da Çin SSRİ və ABŞ-dan sonra Marsa cihaz endirməyə müvəffəq olan üçüncü ölkə olub.

Oxşar Xəbərlər