Çin Qobi səhrasında əridilmiş torium duzundan istifadə etməklə dünyada ilk atom elektrik stansiyası yaratmağı planlaşdırır. Bu barədə QİA.az xarici mətbuata istinadla xəbər verir.
Çin səlahiyyətlilərinin bildirdiyinə görə, 2025-ci ilə qədər fəaliyyətə başlayacaq innovativ obyekt qabaqcıl texnologiyaları və daha təhlükəsiz, ekoloji atom energetikası yaratmaq perspektivləri sayəsində qlobal energetikanı dəyişdirmək niyyətindədir.
Bu stansiyada yanacaq kimi uran əvəzinə toriumdan istifadə olunacaq. Onun reaktorunun soyutma üçün suya ehtiyacı yoxdur, çünki istiliyi ötürmək və elektrik enerjisi istehsal etmək üçün maye duz və ya karbon qazından istifadə ediləcək. Toriumun əsas yanacaq kimi istifadəsinin digər üstünlüyü ondan ibarətdir ki, o, reaktorlarda tez-tez istifadə olunan uran çatışmazlığı ilə bağlı narahatlıqları aradan qaldırır.
Çinin əridilmiş torium duzundan istifadə etməklə tikilən nüvə elektrik stansiyası ABŞ-ın 1969-cu ildə sınaq reaktorunu dayandırdıqdan sonra perspektivdə əridilmiş duz üzərində qurulmuş ilk və yeganə nüvə obyekti olacaq.