Çin ABŞ rəsmələrinə sanksiya tətbiq edib

Çin ABŞ-ın dörd rəsmisinə qarşı sanksiya tətbiq edib.

“QİA.AZ” “RİA Novosti”yə istinadın xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.

Həmin şəxslərə Çinin materik hissəsinə, o cümlədən Honkonq və Makao bölgələrinə səfəri qadağan edilib.

Rəsmi Pekin hesab edir ki, ABŞ Honkonqla əlaqələr qurmaqla beynəlxalq hüququ kobud şəkildə pozur və Çinin daxili işlərinə qarışır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert OBrayen Çini Honkonqun 4 deputatının qanunverici orqandan uzaqlaşdırdığı üçün sanksiya ilə hədələyib. Bu ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün qınamışdı.

Oxşar Xəbərlər