Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyası tətbiq edib

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar ABŞ və Kanadadan olan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyası tətbiq edib.

QİA.AZ-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq olunan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri Toni Perkins, Kanada parlamentinin üzvü Maykl Çonk da var.

Oxşar Xəbərlər