Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

Apr8,2021

Çinin Tsindao şəhərindən Bakıya ikinci konteyner qatarı yola düşüb.

Bu barədə QİA.AZ-a “ADY Container” MMC-dən bildiriblər.

Qeyd olunur ki, qatar 51 ədəd 40-futluq konteynerdən ibarətdir.

Qatar Aktau limanına çatandan sonra konteynerlər Bakıya “ADY Container”in operatoru olduğu gəmi ilə Bakıya çatdırılacaq.

Şirkətdən bildiriblər ki, yüklərin böyük hissəsi Azərbaycan üçün nəzərdə tutulub:

“10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq. Biz ilin sonunadək Çin-Azərbaycan marşrutu ilə 50 konteyner qatarının yola salınmasını planlaşdırırıq”.

Oxşar Xəbərlər