Çin 2022-ci ildə kosmik stansiyanın tikintisini tamamlayacaq.
“QİA.AZ” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiyalar Korporasiyası (CASC) məlumat yayıb.
CASC bu ilin sonuna qədər ekipaj buraxılışları da daxil olmaqla, 40-dan çox buraxılış həyata keçirməyi planlaşdırıb.
Bu ildə həmçinin Çinin ilk raket daşıyıcısı olan “Çançjen-6A”nın buraxılışı baş tutacaq.