Çin dəniz qaz yatağının istismarına başlayır

Çinin “Offshore Oil Engeneering” neft şirkəti Cənubi Çin dənizindəki Liuhua 29-2 adlı böyük qaz yatağında istismar işlərinə başlayıb.

QİA.AZ “Xinhua”ya istinadən xəbər verir ki, həmin yataqdan bu il 420 milyon kubmetr təbii qaz hasilatı gözlənilir.

Hainan əyaləti geoloji kəşfiyyat idarəsinin məlumatına görə, Cənubi Çin dənizinin şelf zonasındakı qaz ehtiyatlarının ümumi həcmi azı 58 trilyon kubmetr, neft ehtiyatları isə 29 milyard tondur. Rəsmi məlumatlara görə, bunlardan hazırda müvafiq olaraq 4 trilyon kubmetr qaz və 2 milyard ton neftin hasilatı mümkündür.

Oxşar Xəbərlər