ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan dövlət sirrinin qorunması ilə bağlı qanunun tətbiqi qaydalarını müəyyən edən fərman imzalayıb.
QİA.az Sinxua agentliyinə istinadla xəbər verir ki, qaydalar sentyabrın 1-dən qüvvəyə minəcək.
Çin hökumətinin məlumatına görə, altı fəsil və 74 maddədən ibarət qanun layihəsi “Dövlət sirrinin mühafizəsi haqqında” qanunun icrasını təmin etmək məqsədi daşıyır.