Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib

Dek15,2020
Çin hökuməti elektron ticarət nəhənglərini cərimələyib

Çinin Dövlət Şurasının tabeliyində olan Bazarlara Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) bəzi biznes sövdələşmələrini icazəsiz həyata keçirdikləri üçün elektron ticarət nəhəngləri “Alibaba Group” və “Tencent Holdings”in hər birini 76,5 min ABŞ dolları məbləğində cərimələyib.

“QİA.AZ” bu barədə xarici mətbuata istinadən xəbər verir.

SAMR-ın açıqlamasına görə, 2017-ci ildə “Alibaba” “Intime Retail Group”dakı payını dövlətdən xəbərsiz 73,8%-ə çatdırıb, “Tencent Holdings” isə “New Classics Media”nı dövlətin icazəsi olmadan alıb. Bununla da, şirkətlər ölkənin antiinhisar qanunvericiliyini pozub.

Cərimə barədə xəbərlər yayıldıqdan sonra beynəlxalq fond birjalarında elektron ticarət nəhənglərinin səhmləri 2,6% ucuzlaşıb.

Oxşar Xəbərlər