Çin BMT-də Ukrayna ətrafında danışıqların davam etdirilməsini vacib sayır.
Bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Çszyun yanvarın 31-də Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasının çağırılması ilə bağlı sualı cavablandırarkən deyib.
“ABŞ və Rusiya danışıqları davam etdirməyə hazır olduqlarını bildriblər. Onlara fikir ayrılıqlarını dialoq, danışıqlar yolu ilə həll etmək imkanı verək. Təhlükəsizlik Şurası vəziyyətin qarşısını almalıdır. Rusiya açıq şəkildə bəyan etdi ki, müharibə planları yoxdur”, – diplomat əlavə edib.