Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün “Yaogan-42B” peykini orbitə çıxarıb.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) raketinin buraxılışı yerli vaxtla səhər saat 7:45-də Siçuan vilayətindəki Siçanq məntəqəsindən həyata keçirilib. “Çin aerokosmik elmlər və texnologiyalar” korporasiyasının məlumatına əsasən, peyk planlaşdırılan orbitə çatıb. “Yaogan” peykləri əks olunan və yayılan şüalanmadan istifadə edərək quruda və dənizdə obyektlərin, cisimlərin fiziki xüsusiyyətlərini aşkarlamaq və izləmək üçün istifadə olunur.

Qeyd edək ki, “Böyük yürüş-2D” ikimərhələli daşıyıcı raketi Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri orbitə çıxarmaq üçün hazırlanıb. Bu raket təxminən 700 kilometr yüksəklikdə günəşlə sinxron orbitə 1,3 tona qədər faydalı yük çıxarmağa qadirdir.

Bu, “Böyük yürüş-2D” seriyasından cari ildə 17-ci, ümumilikdə isə 517-ci raket buraxılışı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Oxşar Xəbərlər