Pekin həkimləri 3 yaşdan 11 yaşa qədər olan uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayıblar.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, artıq COVID-19-a yoluxmuş uşaqlar xəstəlikdən altı ay sonra peyvənd oluna bilərlər.
İndiyədək Çin rəsmiləri üç yaşdan 17 yaşa qədər uşaqlar üçün 3 peyvəndin təcili istifadəsini təsdiqləyib: biri “Sinovac”dan və ikisi isə “Sinopharm”dan.
Qeyd edək ki, Çində koronavirusun artması fonunda ölkənin üç yerində – Edzin Qi, Lanzhou və Heyhedə ciddi karantin tədbirləri tətbiq edilib.