Çində “Sinopharm Group Co.” tərəfindən koronavirusa qarşı hazırlanan üçüncü vaksinin klinik sınaqlarına icazə verilib.
QİA.AZ-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin şənbə günü “WeChat” sosial şəbəkə hesabında yerləşdirilən bəyanatında bildirilib.
Qeyd olunub ki, üçüncü vaksinin sınaqlarına şirkətin istehsal etdiyi vaksinlərin həm ölkə daxilində, həm də inkişaf etməkdə olan ölkələrdə geniş istifadə edilməsindən sonra yaşıl işıq yandırılıb.
Məlumatda o da bildirilib ki, sonuncu vaksin immun sisteminin cavab reaksiyasının stimullaşdırılması məqsədi ilə virusun tac hissəsində yerləşən proteinin hissəciklərini də ehtiva edən rekombinant vaksindir.