Çinin cənub-şərqində yerləşən Quizhou əyalətində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 10-a çatıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, indiyə qədər 40 nəfər xilas edilib, daha 5 sərnişin isə hələ də itkin düşmüş sayılır. Axtarış-xilasetmə əməliyyatına 50-yə yaxın xilasetmə gəmisi və helikopter cəlb edilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Zanqke çayında sərnişin gəmisi aşıb. İlkin məlumatlara görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi olub.