Çinin şimal-qərbində yerləşən Qansu əyalətində 6,6 bal gücündə zəlzələ baş verib.
QİA.AZ-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Uvey şəhərindən 120 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.