Çinin şərqindəki Fuzyan əyalətində COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.
Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə bir sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.