Çində “Nizami irsi” layihəsi həyata keçiriləcək

Niderland

Ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması münasibətilə Pekin Xarici Dillər
Universitetinin Azərbaycan dili kafedrası “Nizami irsi” layihəsinə başlayıb. Məqsəd –
Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha
yaxından tanıtmaq, ölkələrimizin ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bir il
ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində Nizami Gəncəvi irsi haqqında Çin
dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, şairin
əsərlərinin, nizamişünaslığa aid elmi araşdırmaların Çin dilinə tərcüməsinin həyata
keçirilməsi, Çində nizamişünaslığın yaranması və inkişafı məsələlərinin tədqiq edilməsi
nəzərdə tutulub.
Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 2018-2019-cu
tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların Pekin Xarici Dillər Universitetində
hazırlanmasına başlanılıb. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə ötən illər
ərzində universitetdə Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini
elmi yolla reallaşdıran layihələr həyata keçirilib. 2019-cu ildə Heydər Əliyev Fondunun
dəstəyi ilə “Nəsimi ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.

Oxşar Xəbərlər