Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.
Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 58 nəfərə çatıb.Təbii fəlakət nəticəsəində 9,3 milyon sakin ziyan çəkib, 1,1 milyon nəfər təhlükəsiz rayonlara təxliyə olunub. İqtisadi ziyan indiyədək 2,15 milyard təşkil edib.