Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qırıntıları Hind okeanındakı Maldiv adaları yaxınlığına düşüb.
“QİA.az” “CNN Turk”ə istinadən xəbər verir ki, bu barədə Çin Kosmik Mühəndisliyi Ofisinin açıqlamasında bildirilib.
Məlumata görə, bu il aprelin 29-da kosmosa buraxılan raketin qırıntılarının böyük bir qismi atmosferdə yanaraq Hind okeanına düşüb.