Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Mar12,2021 #Çin #Vang Yi
Çin

Çinin xarici işlər naziri Vang Yi Türkiyəyə səfər edəcək.

“QİA.az”ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Çinin xarici işlər naziri bölgəyə səfəri çərçivəsində martın 25-də Türkiyəyə gəlmək istədiyini bildirib: “Səfərin gündəliyinə ikitərəfli münasibətlər, regional məsələlər, Asiya və Avropanı maraqlandıran mövzular daxildir. Eyni zamanda COVİD-19-la mübarizə və gündəmdəki digər məsələləri də müzakirə edəcəyik”. 

QİA.az

Oxşar Xəbərlər