Ciorcia Meloni: İtaliya Qərbi Balkan regionunda sülhün qorunmasında maraqlıdır

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, telefon söhbəti zamanı geosiyasi imkanlar, Qərbi Balkan regionundakı vəziyyət, ölkələr arasında ikitərəfli əməkdaşlıq və Serbiyanın Avropa İttifaqına üzvlük yoluna dair müzakirələr aparılıb. Həmçinin ilin sonunadək Belqradda Serbiya və İtaliya hökumətləri arasında toplantının keçirilməsinə dair razılıq əldə olunub.

“Mən Serbiyanın ən mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri kimi İtaliya ilə əməkdaşlığa böyük dəyər verdiyini bir daha vurğuladım. İtaliyanın ölkəmizin Aİ-yə üzvlük yolunda göstərdiyi dəstəyə və Serbiyadakı italyan sərmayələrinə görə təşəkkür etdim”, – deyə Aleksandar Vuçiç bildirib.

Ciorcia Meloni isə İtaliyanın Qərbi Balkan regionunda sülhün qorunmasında maraqlı olduğunu vurğulayıb. O, Qərbi Balkan ölkələrinin Aİ-nin genişlənməsi siyasətindəki rolu və atılacaq addımlara dair təklifləri qeyd edib.

Liderlər müzakirələri Londonda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə toplantısında davam etdirməyi qərara alıblar.

Oxşar Xəbərlər