“Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq

Fev1,2021
"Coca-Cola" Azərbaycanda öz zavodunu quracaq

Bu gün ABŞ-ın “Coca-Cola” şirkətinin yerli nümayəndəliyi “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, sənədə əsasən, “Coca-Cola” Azərbaycanda öz zavodunu quracaq: “Bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək”.

Oxşar Xəbərlər