Gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtdakı restoranlarda xüsusi menyular tərtib olunub.
QİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
“Bununla bağlı Milli Kulinariya Mərkəzi ilə birlikdə təlimlərə başlanılıb. COP29 çərçivəsində ölkəmizə gələcək qonaqlara həm milli mətbəximizi, həm də vegan və vegeterian menyularını təqdim etmək üçün işlər görülür”, – deyə o qeyd edib.