“Azərbaycan COP29-a ev sahibliyi etmək böyük qürur duyur”.
QİA.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında inam və potensialın yaradılması üzrə təlim” seminarında deyib.
O qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar mürəkkəb qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın gücünə inamdan irəli gəlir: “Biz COP29-a ev sahibliyi edən ölkə kimi seçilməkdən qürur duyuruq və bununla bağlı məsuliyyəti dərk edirik. Eyni zamanda, iqlim məsələlərinin bir-biri ilə əlaqəli olduğunu anlayırıq və inanırıq ki, qlobal əməkdaşlıq və dialoq vasitəsilə biz kollektiv şəkildə effektiv həll yolları müəyyənləşdirə bilərik”.