COVAX mexanizminə 4 milyard dollardan çox vəsait lazımdır – ÜST rəhbəri

Dek30,2020

Bütün ölkələri koronavirus vaksinləri ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminin təcili şəkildə 4 milyard dollardan çox vəsaitə ehtiyacı var.

QİA.AZ-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus deyib.

ÜST rəhbəri ötən il dekabrın 31-də ilk dəfə Çində “naməlum mənşəli pnevmoniya”ya yoluxma barədə məlumatın ildönümü ilə əlaqədar videomüraciət edib.

O bildirib ki, dünyanı müdafiə etmək üçün hər yerdə risk altında olan insanların immun sisteminin möhkəmlənməsini təmin etmək lazımdır:

“Bu məqsədlə COVAX mexanizminə aşağı gəlirli ölkələrdə vaksinlərin satın alınması üçün 4 milyard dollardan çox vəsait lazımdır”.

Oxşar Xəbərlər