COVID-19 əleyhinə peyvənd ilk dəfə uşaqlar üzərində sınanacaq

Fev13,2021
TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib

Britaniya-İsveç şirkəti olan “AstraZeneca” və Oksford Universitetinin birgə hazırladığı koronavirusa qarşı peyvənd ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək.

“QİA” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Sınaqların, preparatın effektivliyini təyin etməyə kömək edəcəyi qeyd olunur.

Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin artıq fevral ayında vurulacağı ehtimal olunur.

Qeyd edək ki, AZD1222 peyvəndi “AstraZeneca” mütəxəssisləri ilə Oksford Universitetinin alimləri tərəfindən birlikdə hazırlanıb. O, vektor aşısıdır, yəni tərkibində zəifləmiş, zərərsiz virus və COVID-19 geni var.

Oxşar Xəbərlər