Çinin “Sinovac” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin ilk partiyası bu gün Türkiyəyə gəlib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat verib.
Məlumata görə, yük yeri peyvəndlə dolu olan təyyarə İstanbul hava limanına eniş edib.
Daha əvvəl türkiyəli səlahiyyətlilər koronavirusa qarşı Çinin “Sinovac” şirkətinin peyvəndini almağa hazır olduqlarını bildirmişdilər. Üstəlik, yaxın vaxtlarda vətəndaşların, ilk növbədə də, risk zonasındakı insanların peyvəndlənməyə başlanacağı açıqlanmışdı.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Türkiyədən 80 milyon manatlıq koronavirus vaksini alacağı bildirilmişdi.