COVID-19-a qarşı peyvənd olunan şəxslər 1 gün sonra qan verə bilərlər – RƏSMİ

Fev 1, 2021
COVID-19-a qarşı peyvənd olunan şəxslər 1 gün sonra qan verə bilərlər - RƏSMİ

Mərkəzi Qan Bankı koronavirus əleyhinə vaksin vurduran donorların ən tez nə zaman qan verə biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.

“QİA.AZ”ın xəbərinə görə, bankdan bildirilib ki, Azərbaycanda tətbiq olunan peyvənd “CoronaVac” inaktiv virus vaksinidir.

“İnaktiv virus vaksini tətbiq olunmuş donorlarda temperatur, halsızlıq, əzələ ağrıları və s. kimi şikayətlər olmadığı təqdirdə və donorlar özlərini yaxşı hiss edərlərsə vaksinasiyadan 1 gün sonra qan verə bilərlər. Əks halda donorlarda peyvəndə bağlı halsızlıq əlamətləri və digər şikayətlər olarsa 1 həftə gözləmək tövsiyə olunur”, – Mərkəzi Qan Bankından bildirilib.

Oxşar Xəbərlər