COVID-19-a yoluxan Baloğlan Əşrəfovun vəziyyəti necədir?

Apr23,2021

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Baloğlan Əşrəfovun vəziyyəti orta-ağır olaraq qalır.

“QİA.az” xəbər verir ki, bu barədə Əməkdar artist özü məlumat verib.

O bildirib ki, ev şəraitində müalicə alır və xəstəxanaya müraciət etmək istəmir: “14-cü gündür ki, özümü yaxşı hiss etmirəm. Vəziyyətim orta-ağırdır. Evdə müalicə alıram. Lazım olan hər şeyi edirlər”.

Qeyd edək ki, B.Əşrafov uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. 2007-ci ildə Türkiyədə müğənniyə qaraciyər köçürülüb.

Oxşar Xəbərlər