COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi

COVİD-19

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, hal-hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib:

“Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərməkdədir. İş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işci heyəti də cəlb olunub”.

N. Daşdəmirova bildirib ki, cari ilin oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabr tarixində yekunlaşdırılıb: “Onun yekunu olaraq, işçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşülüb”.

Qrup üzvü sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədinin daxili iş prosesinin müşahidəsi və yoxlanılması olduğunu xüsusi qeyd edib. “İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib. Bundan başqa, COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması işçi qrupunun üzvü tərəfindən monitorinqin digər bir predmeti kimi qeyd olunub. Bura daxil olan məqamlar bunlar olub: 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi”.

N.Daşdəmirova sahə tibb mənqələrinin işində tədbiq olunmuş yeniliklər haqqında da məlumat verib. Bildirib ki, 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin əsasında müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir: “Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib.

QİA.AZ-ın məlumatına görə, bunu İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

Oxşar Xəbərlər