2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb.
QİA.AZ-ın əldə etdiyi məlumata görə, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.
Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.
Qeyd edək ki, bu gün Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar verib.