DünyaSəhiyyə

COVID-19 peyvəndi dünya əhalisinin 25%-i üçün əlçatan olmaya bilər

Dünya sakinlərinin, təxminən, 25%-i, böyük ehtimalla, 2022-ci ildən əvvəl koronavirus peyvəndi əldə edə bilməyəcək.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-ın Cons Hopkins Universitetindən olan alimlərin bilgilərinə istinadən məlumat yayıb.

“COVID-19 peyvəndlərinə qlobal çıxış ilə bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsi ilə yox, həm də hökumətlərin və peyvənd istehsalçılarının tədarük barədə razılaşmalar çərçivəsində daha şəffaf və hesabatlı olmamaları ilə əlaqədardır”, – araşdırmada deyilir.

Alimlərin fikrincə, bu gün müvafiq maliyyə imkanlarına malik ölkələr pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51%-ni artıq sifariş edib. O cümlədən yoluxma hallarının dünya göstəricisinin 1%-dən də az olduğu Avstraliya, Kanada və Yaponiya hökumətləri milyarddan çox dozada peyvənd sifariş edib. Beləliklə, dünya əhalisinin 85%-nin yaşadığı daha zəif maliyyə qaynaqları olan ölkələr peyvəndlərin yerdə qalan hissəsini öz aralarında bölüşdürmək məcburiyyətində qalacaqlar.

Nəticədə aparıcı əczaçılıq şirkətləri planlaşdırılmış istehsal gücünə çatmağı bacarsalar da, dünya əhalisinin, təxminən, 25%-i 2022-ci ilin əvvəlinə qədər peyvənd əldə edə bilməyəcək.

Əlaqəli xəbər

Back to top button