COVID-19-un beta variantına qarşı vaksinin sınaqları başlanıb

İyn28,2021

Böyük Britaniyanın Oksford Universitetində “AstraZeneca” şirkətinin istehsal etdiyi yeni vaksinin test yoxlaması başlanıb. Bu vaksin koronavirusun ilk dəfə Cənubi Afrikada yaranmış beta variantından qorunmaq üçün yaradılıb.

QİA.AZ xəbər verir ki, Britaniya Universiteti və İngiltərə-İsveç laboratoriyası bu klinik sınağın 2-ci və 3-cü mərhələlərini insanlar üzərində həyata keçirmək üçün Böyük Britaniya, Cənubi Afrika, Braziliya və Polşada 2500 könüllü toplamaq niyyətindədirlər.

Vaksinin prototipində istifadə olunan texnologiya hazırda “AstraZeneca” preparatında virus əleyhinə tətbiq edilən “virus vektoru” texnologiyasıdır.

Yeni vaksini yaradanlar cari ildə bu sınaqlar barədə ilkin məlumatlar toplamaq və onları tənzimləyici orqanın müzakirəsinə təqdim etmək fikrindədirlər.

Müasir vaksinlər virusun ən ciddi nəticələrinin qarşısının alınmasında çox səmərəli təsir bağışlasalar da, virusun beta variantına qarşı kifayət qədər səmərəli deyildir, hərçənd bütün bu vaksinlər.

Oxşar Xəbərlər