COVID-19 yoluxmalarının sayına görə Hindistan Braziliyanı geridə qoydu

Apr12,2021
Hindistan

Hindistan koronavirusa yoluxmaların sayına görə dünya üzrə ikinci yeri tutub.

“QİA.az” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Hindistan Səhiyyə Nazirliyinin məlumatlarına istinadən yazır.

Son 24 saat ərzində ölkədə rekord sayda – 168 912 koronavirusa yoluxma faktı qeydə alınıb, 904 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə, Hindistanda pandemiya başlayandan bəri 13 527 717 nəfərdə koronavirus aşkar edilib.

Bundən əvvəl COVID-19-a yoluxmaların sayında Braziliya (13,45 milyon nəfər) ikinci yerdə qərarlaşmışdı. Birinci yeri hələ ki ABŞ tutur (ümumi 31 197 511 yoluxma).

QİA.az

Oxşar Xəbərlər