Toyuq yumurtaları ağciyərlərin sağlamlığını yaxşılaşdırır və COVID-19-a yoluxma zamanı onun rahat fəaliyyəti üçün kömək edə bilər.
QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diyetoloq Marqarita Korolyova bildirib.
O qeyd edib ki, yumurtanın zülalı infeksiya ilə mübarizədə kömək edən immunoqlobilinlərin yaranmasına yardım edir.
“Yumurtanın sarısındakı yağ komponentləri isə, öz növbəsində, ağciyər alveolalarının bir hissəsidir. Bundan əlavə, yumurtanın tərkibində olan A vitamini immunitetin “qatil-hüceyrələr” ifraz etməsini stimullaşdırır, E vitamini isə antioksidandır”, – diyetoloq əlavə edib.