İdman

Cüdo Federasiyasının vitse-prezidenti idmançılarla görüşüb

Movavi

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Şahdağda təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb.

Cüdo Federasiyasından “QİA.az”a verilən məlumata görə, əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər.

Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin milli üzvləri olimpiya oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb.

Qeyd edək ki, cüdoçular Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button