Cüdoçularımız olimpiadaya Kazanda hazırlaşır

May10,2021

Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.

QİA.AZ xəbər verir ki, toplanışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan təlimlərə Rusiya, Fransa, Yaponiya, Cənubi Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları da qatılıb.

Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri işrirak edirlər. Milli üzvləri baş məşqçi Ruslan Maşurenko və böyük məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşırlar.

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.

Oxşar Xəbərlər