Cüdoçumuz Avropa çempionatında 5-ci olub

Xorvatiyanın Poreç şəhərində Azərbaycan cüdoçularının da qatıldığı gənclər arasında Avropa çempionatı davam edir.

QİA.AZ xəbər verir ki, yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulsa da, medalçılar sırasına düşə bilməyiblər. Cüdoçularımızdan ən yaxşı nəticəni 5-ci yeri qazanmaqla Elcan Hacıyev (81 kq) göstərib.

Qeyd edək ki, turnirin birinci gününü də tatami ustalarımız medalsız başa vurublar.

Noyabrın 6-da başa çatacaq qitə çempionatına ümumilikdə 13 idmançımız qatılıb.

Oxşar Xəbərlər