Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında qazandığı qələbəni əsgər salamı ilə qeyd edib.
“QİA.AZ”ın məlumatına görə, 66 kq çəki dərəcəsində qızıl medal əldə edən 29 yaşlı idmançı çempionluğunu Azərbaycan Ordusu ilə bölüşüb.
Səfərov İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail təmsilçilərini məğlubiyyətə uğradıb. Mükafatlandırma mərasimində onun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət Himnimiz səsləndirilib.
Qeyd edək ki, bu, Orxan Səfərovun ilk Avropa çempionluğu olub.