Hadisə

Dənizdə batan 5 nəfər xilas edilib

Movavi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 12 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən QİA.AZ.-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı biri yataq xəstəsi və ikisi azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.

Həmçinin iyulun 17-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button