Dənizkənarı Milli Parkın ərazisində Zəfər atəşfəşanlığı olub

Dek10,2020

Bu gün Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub.

QİA.AZ xəbər verir ki, atəşfəşanlıq Vətən müharibəsində qələbə münasibətilə təşkil olunub.

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, paytaxt sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət olunmayıb.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunan Zəfər paradı keçirilib.

Oxşar Xəbərlər