Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsininƏməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qanunsuz yolla ölkəərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə soya yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahisorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı
predmetin olmadığını bildirib.Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsində, yük yerində olan
soya yükünün altında qara rəngli sellofan torbalarda 38 ədəd “Iphone 12”markalı mobil telefon, 27 adda-13 642 konvalyut, 2 432 qutu, 184 flakon,20 ədəd müxtəlif markalı dərman preparatları, 6400 ədəd “Marlboro”markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.