Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.
QİA.AZ-ın məlumatına görə, “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi farmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.
Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib.
Dəyişikliyə əsasən, artıq ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.