Dağıstanın Xasavyurt rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.
“Bu gün təxminən saat 05:30-da Xasavyurd – Babayurd avtomobil yolunun 29-cu kilometrində Qızılyurd rayonunun 28 yaşlı sakini VAZ-2131 markalı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxıb və Xasavyurd rayonunun 54 yaşlı sakininin idarə etdiyi VAZ-21102 markalı avtomobillə toqquşub”, – məlumatda deyilir.
Qurum qeyd edib ki, toqquşma nəticəsində hər iki sürücü və onların iki sərnişini – 64 yaşlı qadın və 29 yaşlı kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.