Dağıstanda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Rusiya Federasiyası Dağıstan respublikasının Karabudaxkənd rayonunda magistral yolda baş verən qəzada biri azyaşlı olmaqla üç nəfər həlak olub.

QİA.AZ xəbər verir ki, qəza zamanı minik və yük avtomobilləri toqquşub. Ölənlər minik avtomobilində olublar. İlikn ehtimala görə hadisə minik avtomobilinin sürücüsünün ötmə əməliyyatı zamanı qarşıdan gələn yük avtomobilinin yoluna çıxması nəticəsində baş verib.

Hadisı yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, müvafiq araşdırmalar aparılır.

Oxşar Xəbərlər